hia.az
hia.az

Bakıda əsas yollar yenidən bağlanır

67 dəfə baxılıb 5-05-2023, 12:54

Bakıda əsas yollar yenidən bağlanır

Bazar günü Bakıda əsas küçə və prospektlərdən bəzilərində hərəkət tam məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məhdudlaşdırma paytaxtda keçiriləcək marafonla bağlıdır. O qeyd edib ki, “Bakı Marafonu 2023”-lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq:

"Məhdudlaşdırma tədbirin yüksək səviyyədə keçirilməsi və iştirakçıların təhlükəsizliyini təmin olunması məqsədilə aparılacaq. Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov – A. Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z. Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına qədər yollarda hərəkət məhdudlaşdırılacaq".

Qeyd edək ki, “Bakı Marafonu - 2023” hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilir.

Məlumat üçün bağlanacaq yolların xəritəsini təqdim edirik:
Bakıda əsas yollar yenidən bağlanır


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi