hia.az

Sabah 26° isti olacaq

130 dəfə baxılıb 25-04-2023, 16:36

Sabah 26° isti olacaq


Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi