hia.az
hia.az

Ölkədən qovulan iranlı diplomat Ocaqnejadın yarım qalan işlərini görürdü

105 dəfə baxılıb 7-04-2023, 15:38

Ölkədən qovulan iranlı diplomat Ocaqnejadın yarım qalan işlərini görürdü


İran səfirliyinin "persona-non-grata" elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir.

Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və hələ də onun ölkədəki yarım qalan işlərini davam etdirirdi.

Qeyd edək ki, Ocaqnejadın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib. Sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var idi.

Məlumata görə, Purmərcan da sələfi kimi fəliyyət göstərib. O, İranın Cənubi Afrika və İtaliyadakı mədəniyyət müşaviri, Asiya və Sakit Okean regionunda mədəni əlaqələrin inkişafı üzrə baş direktor və Afrika ilə ərəb dünyası arasında mədəni əlaqələrin inkişafı üzrə baş direktor kimi uğursuz fəaliyyətlərindən sonra Bakıda Ocaqnejadın yerinə göndərilmişdi.

"Unikal"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi