hia.az
hia.az

Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi

103 dəfə baxılıb 7-04-2023, 12:41

Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 aprel Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib.

Bu barədə ölkə başçısının "Twitter" sosial şəbəkəsində qeyd olunub.

“Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”, - deyə paylaşımda bildirilir.
Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi