hia.az
hia.az

Akif Məlikov işdən çıxarıldı

48 dəfə baxılıb 3-04-2023, 19:39

Akif Məlikov işdən çıxarıldı


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əmək­dar incə­sə­nət xadimi Akif Məlikov işdən çıxarılıb.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı müvafiq əmr imzalanıb. A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.

Lakin teatrdan saytımıza xəbərin doğru olmadığını deyiblər: “Akif Məlikov iş başındadır”.
Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.

Xəbəri ilk olaraq “Report” yayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi