hia.az
hia.az

"Qəbul etdiyimiz qanunlar vətəndaşlarımıza fayda vermir" - Deputat

120 dəfə baxılıb 21-02-2023, 15:08

"Qəbul etdiyimiz qanunlar vətəndaşlarımıza fayda vermir" - Deputat


"Qəbul etdiyimiz qanunlar birbaşa olaraq hələ də vətəndaşlarımıza fayda vermir. Sırf enerji resursları ilə bağlı edilən dəyişikliklərdən danışıram".

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, "Azərişıq" bu günə qədər işini çox yaxşı qurub: "Bu qurumla bağlı ciddi problemlər eşitmirəm. "Azərişıq"ın funksiyasını azaldıb, alternativ şirkətlər yaratmaqla vətəndaşlarımıza faydamız dəyəcəkmi? Yoxsa, əksinə vətəndaşlar problemlərin həllində əziyyət çəkəcək? Hazırda "Azərişıq" işinə məsuliyyətlə yanaşır. "Azərişıq" bir problem olanda vaxtında həll edir", - deyə deputat qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi