hia.az
hia.az

Fəxrəddin Qurbanov vəfat etdi

133 dəfə baxılıb 13-02-2023, 15:59

Fəxrəddin Qurbanov vəfat etdi


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov dünyasını dəyişib.

XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Qeyd edək ki, Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışıb.

O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi