hia.az
hia.az

“Heç kimə evlərində qalmağa icazə vermirlər” - Cahangir Novruzov

153 dəfə baxılıb 7-02-2023, 13:28

“Heç kimə evlərində qalmağa icazə vermirlər” - Cahangir Novruzov


“Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik”.

Bu sözləri Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov prodüser Vasif Ayanla telefon danışığı zamanı deyib.

“Orada bir yarımqatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər”, - o əlavə edib.

Novruzov bildirib ki, Adanada 3-4 bina çöküb: “Biri 17, digəri 14 mərtəbədir. İnanın, evə oxşamırlar, elə bil inşaat dağıntısı, çöplüyüdür. Altında nə qədər insanlar, öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi odur ki, gecə sel kimi yağış yağdı. O insanları xilas edilsələr də sətəlcəmdən ölə bilərlər. Belə bir Allahın bəlası yaşandı buralarda”.

Xalq artisti vəziyyətlərinin yaxşı olduğunu qeyd edib: “Çox şükür, biz pis deyilik, ailəmiz qorxub, nəvəm də yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun bizə. Maraqlandığnız üçün çox sağ olun”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi