hia.az

Türkiyədə daha bir zəlzələ

130 dəfə baxılıb 7-02-2023, 11:36

Türkiyədə daha bir zəlzələ


Türkiyənin Adıyaman bölgəsində zəlzələ olub.

Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, saat 06:13-də episentri Adıyamanın Gölbaşı hissəsində 5,3 bal gücündə zəlzələ olub.

Zəlzələ 8,13 kilometr dərinlikdə baş verib. Dağıntılar və itkilərlə bağlı hələlik məlumat verilməyib.

Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi