hia.az
hia.az

Orxan Əsgərovla vida mərasimi keçirilir

115 dəfə baxılıb 30-01-2023, 12:40

Orxan Əsgərovla vida mərasimi keçirilir


Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Vida mərasimi Orxan Əsgərovun vaxtilə yaşadığı evdə təşkil olunur.

Mərasimdə şəhidin ailəsi, yaxınları və həmkarları iştirak edir.

Vida mərasimindən sonra Orxan Əsgərovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi