hia.az
hia.az

İlham Əliyev Çin Sədrinə məktub göndərdi

96 dəfə baxılıb 21-01-2023, 17:32

İlham Əliyev Çin Sədrinə məktub göndərdi


Azərbaycan Respublikasının Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Çin təqvimi ilə Yeni ilin gəlişini qeyd edən bu bayram minilliklərin sınağından çıxmış həyat fəlsəfəsinin dolğun təcəssümüdür. Təbiətə yeni görkəm və canlanma, insanlara yeni ruh gətirən bu bahar bayramının dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq və ruzi-bərəkət bəxş etməsini arzulayıram.

Fürsətdən istifadə edərək Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi