hia.az
hia.az

Azərbaycanda DƏHŞƏT: Nənə və nəvəsi yanaraq öldü

68 dəfə baxılıb 14-01-2023, 13:35

Azərbaycanda DƏHŞƏT: Nənə və nəvəsi yanaraq öldü


Qusarda iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat qəsəbəsində sakin Ənvər Əlirzayevə məxsus evdə qeydə alınıb.

Belə ki, səhər saat 8 radələrində yanğın baş verməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedərək FHN əməkdaşları ilə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər görüblər. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində Ə.Əlirzayevin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayev və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi