hia.az
hia.az

Məktəblər bağlanacaq? – RƏSMİ CAVAB

113 dəfə baxılıb 10-01-2023, 10:56

Məktəblər bağlanacaq? – RƏSMİ CAVAB


Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb. Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır.

Nazirlikdən qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi