Azərbaycanda sahibkara 200 min manat güzəştli kredit verilib - Nazir AÇIQLADI
127 dəfə baxılıb
9-01-2023, 19:07
Sahibkar İlham Məmmədov Quba rayonunda icrası nəzərdə tutulmuş turizmin inkişafı layihəsi üzrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.
Bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir", - deyə o qeyd edib.