hia.az
hia.az

Blinken Bayramov və Mirzoyanla danışıqlar aparacaq

101 dəfə baxılıb 5-01-2023, 14:54

Blinken Bayramov və Mirzoyanla danışıqlar aparacaq


ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefonla danışmağı planlaşdırır.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı deyib.

O, Vaşinqtonun vasitəçilik səylərini şərh edərkən açıqlayıb: "Bildiyiniz kimi, katib Blinken şəxsən bu prosesdə iştirak edir. O, Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm danışıqlar aparmaqla öz şəxsi töhfəsini nümayiş etdirdi. Biz gözləyirik ki, dövlət katibi yaxın günlərdə yenidən həmkarlarla danışmaq imkanı əldə edəcək".

Prays qeyd edib ki, ABŞ Cənubi Qafqaza sülh gətirmək üçün həmfikir tərəfdaşlarla işləyir: "Biz Qarabağ münaqişəsi ilə bağlı olan və ya ondan irəli gələn bütün məsələlərin həllini tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək naminə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Bizim yanaşmamız dəyişməyəcək. Bizim yanaşmamız tərəflərə hərtərəfli uzunmüddətli həll yolunda müzakirələr aparmağa və irəliləyiş əldə etməyə kömək etməkdir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi