hia.az
hia.az

Putinin İlham Əliyev və Paşinyanla ayrıca görüşü olacaq

96 dəfə baxılıb 26-12-2022, 17:46

Putinin İlham Əliyev və Paşinyanla ayrıca görüşü olacaq


MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli əlaqələr şübhəsiz ki, baş tutacaq", - o vurğulayıb.

Qeyd edək ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək. Hər iki ölkə liderləri sammit üçün Rusiyaya səfər edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi