hia.az
hia.az

"Krasnodar" Kadini transfer etmək istəyir

94 dəfə baxılıb 26-12-2022, 11:37

"Krasnodar" Kadini transfer etmək istəyir


Rusiyanın "Krasnodar" futbol klubu "Qarabağ" klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borges Malinovskini transfer etmək üçün danışıqlar aparır.

Bu barədə bazar günü "Sport24" portalı məlumat yayıb.

Məlumata əsasən, klublar 26 yaşlı oyunçunun transferi barədə razılaşma əldə etməyə yaxındırlar.

Futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı yarımmüdafiəçini 1,2 milyon avroya qiymətləndirir.

Cari mövsümdə Kadi "Qarabağ"ın heyətində 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi