hia.az
hia.az

Şahin Mustafayev həmsədr TƏYİN EDİLDİ

69 dəfə baxılıb 24-12-2022, 19:12

Şahin Mustafayev həmsədr TƏYİN EDİLDİ


Azərbaycan ilə Rusiyanın Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Mustafayev

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi