hia.az
hia.az

Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir”

60 dəfə baxılıb 23-12-2022, 15:38

Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir”


Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 23 dekabr tarixli iclasındakı giriş nitqini Azərbaycan Prezidentinə ünvanladığı təbrikə həsr etdi.

Xanım spiker qeyd etdi ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür: “Möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, cənab İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir”.

Spiker bildirdi ki, İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir: “Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.

Yekunda S.Qafarova bildirdi ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlamağı təklif edir. Deputatlar alqışlarla razılıqlarını ifadə etdilər. “Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq” - spiker əlavə etdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi