hia.az
hia.az

Vasif Talıbovun səlahiyyətlərini o icra edəcək

75 dəfə baxılıb 21-12-2022, 17:24

Vasif Talıbovun səlahiyyətlərini o icra edəcək


Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib.

Onun vəzifələrinin müvəqqəti icrası birinci müavini Azər Zeynalova tapşırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdikdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası sədrin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, Azər Zeynalovun 52 yaşı var. O, 2005-ci ildən Ali Məclisin deputatıdır. 10 saylı Şərur seçki dairəsindən deputat olan Zeynalov 2015-ci ildən sədrin I müavinidir.

Xatırladaq ki, Vasif Talıbov 27 ildir Ali Məclisin sədri idi.

Vasif Talıbovun səlahiyyətlərini o icra edəcəkVasif Talıbovun səlahiyyətlərini o icra edəcəkVasif Talıbovun səlahiyyətlərini o icra edəcək

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi