hia.az
hia.az

Ermənilər Putini İrəvanda aksiya ilə qarşılayacaq

69 dəfə baxılıb 22-11-2022, 14:50

Ermənilər Putini İrəvanda aksiya ilə qarşılayacaq


"Kollektiv Təhlükəsizlik Təşkilatı KTMT Şurasının noyabrın 23-nə planlaşdırılan növbəti iclası bu dəfə Ermənistanda baş tutacaq və həmin gün KTMT-yə üzv dövlətlərin rəhbərləri sessiyada iştirak etmək üçün Ermənistana gələcəklər".

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Ermənistanın trateji müttəfiqi olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin də sessiyada iştirak edəcək. Və yaxın zamanda Ermənistana gələcək.

"Rusiya prezidenti ölkəmizə dövlət səfəri ilə deyil, yalnız KTMT sessiyasında iştirak etmək üçün gəlsə də, dünən Rusiya prezidentliyi Putinin Nikol Paşinyanla təkbətək söhbət edəcəyini açıqlayıb. Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu Nikol Paşinyanın əlaltıları arasında sözlə ifadə olunmayan isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. “KTMT düşməndir” başlığı ilə materiallar yayırlar. Aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları KTMT üzvlərini, xüsusilə də Putini İrəvanda etirazlarla qarşılamağı erməni xalıq üçün ləyaqət məsələsi hesab edirlər”, - deyə KİV qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi