hia.az
hia.az

Aşqabad Azərbaycan, Türkmənistan və Türkiyə sammitinə ev sahibliyi etməyə hazırlaşır

177 dəfə baxılıb 19-11-2022, 14:57

Aşqabad Azərbaycan, Türkmənistan və Türkiyə sammitinə ev sahibliyi etməyə hazırlaşır


Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə sammitinin keçirilməsi planlaşdırılır.

Bu barədə “Neytral Türkmənistan” qəzeti Türkmənistan parlamentinin Yuxarı Palatasının (Halk Maslahatı Milli Gengeş) sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşündən sonra məlumat yayıb.

Qəzet yazır ki, Berdiməhəmmədov Türkmənistan-Azərbaycan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini və tərəflərin dekabrın əvvəlinə planlaşdırılan görüşünə Aşqabadın ev sahibliyi etməyə hazırlaşdığını qeyd edib.

Üçtərəfli sammitə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilir və yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi