hia.az
hia.az

Ön xətdə yerləşən bölmələrimiz tapşırıqları yerinə yetirir - VİDEO

271 dəfə baxılıb 14-08-2021, 12:24

Ön xətdə yerləşən bölmələrimiz tapşırıqları yerinə yetirir - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.

Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.

Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi