hia.az
hia.az

Tehranda oturanlar Azərbaycanı NİYƏ SEVMİRLƏR... - AKTUAL

87 dəfə baxılıb 24-10-2022, 12:02

Tehranda oturanlar Azərbaycanı NİYƏ SEVMİRLƏR... - AKTUAL


Keçən həftə Ermənistanın Qafan şəhərində İran baş konsulluğunun rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak ediblər.

İranın XİN rəhbəri Ermənistanın təhlükəsizliyi özlərinin təhlükəsizliyi adlandırıb. O, təxribaçı fikirlər səsləndirərək, bölgədə heç bir sərhəd dəyişikliyini qəbul etməyəcəklərini deyib. Həmçinin, Ermənistanın da Təbrizdə baş konsulluq açacağı bildirilib.

Qeyd edək ki, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinin həmən ardından Qafanda baş konsulluq açması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Üstəlik, İranın xarici işlər nazirinin Azərbaycanı hədəf alan absurd açıqlamaları da tərəflər arasındakı vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir.

Ümumiyyətlə, İran nədən qorxur və bu məkrli planının məqsədi nədir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, İran uzun müddətdir Qafanda konsulluq açmağı planlaşdırırdı:

"Belə ki, 2021-ci ilin dekabrın 29-da keçirilən iclasda Tehran hökuməti Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması ilə bağlı təklifini bəyənmiş və İran Prezidentinin rəsmi saytında bu haqda məlumat da dərc edilmişdir. İran Konstitusiyanın 138-ci maddəsinə əsasən, Nazirlər Şurası Xarici İşlər Nazirliyinin Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması təklifini təsdiqləmişdi. İranın məhz bunun indi reallaşdırılmasında isə pərdəarxası məqamlar mövcuddur. Hadisələrin inkişaf tendensiyası və baş vermə ardıcıllığı da bunu təsdiqləyir".

Politoloq xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışından öncə həm özü, həm də xarici işlər naziri Mövlud Çavuşoğlu ritorikalarında Zəngəzur dəhlizinin önəmini yenə də aktuallaşdırdılar:

"Azərbaycan Prezidenti İlham Əliyev də 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciətində bildirdi ki, “Zəngəzur dəhlizinin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”. Bundan sonra Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söylədi ki, “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”. Nəzərə alsaq ki, İran Ermənistanın ərazi bütövlüyünü, ermənilərin təhlükəsizliyini özününkünə bərabər səviyyədə görür, Qərbi Zəngəzurda ermənilərin təhlükəsizliyini təmin etməyi isə qarşısında xüsusi məqsəd kimi müəyyənləşdirir. Düşünürəm ki, İran da dövlət başçımızın mövcud açıqlamasını ciddi nəzərə almalıdır".

Şəbnəm Həsənova konsulluğun təmirinin tam başa çatmadan açılmasının səbəblərini belə izah edib:

"Konsulluğun təmiri tam başa çatmamış tələsik açılmasının səbəbi Zəngəzur dəhlizinə nəzarəti tam itirməsin, eyni zamanda açılışı tezləşdirən amil dövlət başçımızın mövcud açıqlamasıdır. Azərbaycanın əldə etdiyi Zəfərdən sonra artan gücümüz bizdən aktiv diplomatik fəaliyyət həyata keçirməyi, müxtəlif ölkələrdə olan səfirliklərimizə yenidən baxış keçirməyi, yeni diplomatik nümayəndəliklər açmağı tələb edir.

Qərbi Zəngəzurun Qafan rayonu Azərbaycan torpağıdır. İran da daxil olmaqla regional aktorlar bunu yaxşı bilir.

Hazırda İran Azərbaycanın açdığı cıdırı izləməyə məcburdur. İndiki reallıq isə “mən də varam” deməklə kifayətlənməyi tələb etmir, tələb olunan varlığının nə qədər güclü olması və bu gücün dünya birliyi tərəfindən qəbul edilməsi, yaratdığın imicdir”.

Cebhe.info


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi