hia.az
hia.az

Binəli Yıldırım Bakıda bu xəstəxanadadır - Rəsmi

115 dəfə baxılıb 21-10-2022, 13:32

Binəli Yıldırım Bakıda bu xəstəxanadadır - Rəsmi


Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur və yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

Xatırladaq ki, ötən gün B. Yıldırım Qarabağda yol qəzasına düşüb. Siyasətçinin içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya uğrayıb. O, helikopterlə Bakıdakı xəstəxanaya çatdırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi