hia.az
hia.az

Əhalinin aylıq ərzaq xərcləri 126 milyon manat artıb

287 dəfə baxılıb 12-08-2021, 11:38

Əhalinin aylıq ərzaq xərcləri 126 milyon manat artıb
2021-ci ildə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhalinin pərakəndə ticarət xərclərində ərzağın payı azalmır. Ötən il əhalinin pərakəndə ticarət xərclərinin 53,9 faizi ərzağın ticarətindən ibarət olub. Bu il eyni nisbət qalır. İlin ilk 7 ayının məlumatına əsasən, cəmi ticarət xərclərinin 54 faizə yaxını ərzaq məhsullarının alışına ayrılıb.

Karantinin yumşaldılmasına baxmayaraq ərzaq xərclərinin böyük olmasının səbəbi inflyasiya ilə bağlıdır. Ərzaq məhsullarında bahalaşma 6,4 faizə yüksəlib. Qeyri-ərzaq məhsullarında bahalaşma isə 4,8 faiz olub. Müqayisə göstərir ki, ərzaq məhsullarında bahalaşma sürəti qeyri-ərzaq məhsullarına nisbətən 33 faiz çox yüksək olub. Ərzağın sürətlə bahalaşması əhalinin bu mallar üzrə xərclərinin artımı ilə nəticələnib.

Bu ilin 7 ayında əhali ərzağın alışına 12,379 milyard manat, qeyri-ərzağın alışına 10,55 milyard manat xərcləyib. 2020-ci ilin ilk 7 ayında ərzaq xərcləri 11,5 milyard manat, qeyri-ərzaq xərcləri 9,9 milyard manat idi.

Müqayisə göstərir ki, əhalinin ərzaq xərcləri 880 milyon manat, orta hesabla ayda 126 milyon manat, qeyri-ərzaq xərcləri 650 milyon manat, orta hesabla ayda 93 milyon manat artıb. Mütləq mənada əhalinin ərzaq xərclərində artım 8,34 faiz, qeyri-ərzaq mallarında 6,56 faiz olub.

Qeyd edək ki, orta və yüksək gəlir səviyyəsinə sahib olan ölkələrdə əhalinin pərakəndə ticarət xərclərinin çox hissəsi qeyri-ərzaq məhsullarının alışına sərf edilir. Azərbaycan əhalisinin gəliri orta səviyyədən aşağı olduğundan ölkəmizdə ərzağa daha çox pul xərclənir.

İndiyədək ərzaq xərclərində ən yüksək göstərici 1995-ci ildə, ən aşağı göstərici 2016-cı ildə qeydə alınıb. 1995-ci ildə ticarət xərclərinin 76,3 faizi, 2016-cı ildə 49,9 faizi ərzaq məhsullarının alışından ibarət olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi