hia.az
hia.az

Dövlət Xidməti VPN istifadəçilərinə xəbərdarlıq etdi

119 dəfə baxılıb 21-09-2022, 17:33

Dövlət Xidməti VPN istifadəçilərinə xəbərdarlıq etdi


Həyata keçirilən antiterror əməliyyatı zamanı çoxsaylı kiberhücumlar baş verir ki, bu hücumlar daha çox insanları hədəfə alır.

Bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bunun əsas məqsədi insanlardan məlumat oğurlamaqdər: "Böyük infrastrukturlara isə daha çox DDos hücumların şahidi oluruq ki, bu da xidmətdən imtinaya səbəb olacaq yanaşmadır. Bu ən çox yayılan hücum metodlarından olduğuna görə, xakerlər bu üsullardan istifadə edirlər. Bu günümüzdə də belə hallarla rastlaşırıq".

O həmçinin, bloklamalar zamanı VPN-lərdən istifadə məsələsinin də gündəmə gəldiyini bildirib.

"Son zamanlar VPN-lərin nə dərəcədə təhlükəsiz olduğu ilə bağlı suallar daxil olur. Bildiyiniz kimi, bir çox hücumları biz ölkə sərhədlərində bloklayırıq birinci səviyyəli provayderlər vasitəsilə. Bloklanan linkləri açmaq üçün VPN-dən istifadə zamanı ölkədən birbaşa xarici serverlərə qoşulmuş olursunuz, nəticədə bloklanmağın effektivliyi olmur və daha asan formada yoluxma ehtimalınız artır. Yəni bu baxımdan bu təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır", - deyə Tural Məmmədov qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi