hia.az
hia.az

Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama

133 dəfə baxılıb 13-09-2022, 17:38

Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama


“Rusiya Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan ilə sıx təmasdadır”.

Parlamentinsesi.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Rusiya XİN sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskin gərginləşməsindən hədsiz narahatlığını ifadə edib.

“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əməl etməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, - məlumatda deyilib.

Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara müvafiq olaraq KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçün müraciət aldığını açıqlayıb.

“Moskva vaxtı ilə saat 09:00-dan etibarən atəşkəslə bağlı əldə edilən razılaşmaya tam riayət ediləcəyinə ümid edirik”, - açıqlamada vurğulanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi