hia.az

Ermənistan atəşkəsi yenə pozdu - YENİLƏNİB

203 dəfə baxılıb 13-09-2022, 13:50

Ermənistan atəşkəsi yenə pozdu - YENİLƏNİB


Təəssüflər olsun ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan ərazisindən təxribatlar və atəşlər davam edir.

Bu barədə “Caliber” məlumat yayıb.

***

09:33

"Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib".

Bu barədə “Caliber” teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi