hia.az
hia.az

ABŞ Qarabağa iki milyon ayırdı

162 dəfə baxılıb 12-09-2022, 12:42

ABŞ Qarabağa iki milyon ayırdı


ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün iki milyon dollar ayırır.

“Report” xəbər verir ki, bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

“Regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş vermiş intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün iki milyon dollar ayırdığını elan etməkdən məmnundur. Münaqişə zonasında minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməkdə və şikəst etməkdə, iqtisadi inkişafı əngəlləməkdə və köçkünlərin təhlükəsiz geri qayıtmasının qarşısını almaqda davam edir.

2021-ci ilin noyabrında elan edilən 500 000 dollara əsaslanaraq, ABŞ-ın yeni maliyyəsi minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki imkanlarını gücləndirməyə davam edəcək. Bu səylər insanların təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərin öz evlərinə qayıtmasına və həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan yaratmaq üçün çox vacibdir”, - xəbərdə deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi