hia.az
hia.az

Gömrük generalı bu səbəbdən vətəndaşlar tərəfindən DÖYÜLÜBMÜŞ

194 dəfə baxılıb 7-09-2022, 15:07

Gömrük generalı bu səbəbdən vətəndaşlar tərəfindən DÖYÜLÜBMÜŞ


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov ötən gün işdən çıxarılıb və onun barəsində cinayət işi başlanıb.

Parlamentinsesi.az Kənan Məmmədovla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, əslən Naxçıvandan olan K.Məmmədov əvvəllər Qazax rayonunda yerləşən Qırmızı-Körpü gömrük postunun rəisi işləyib. Onun həmin postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə kəndinin sakinləri tərəfindən döyülüb.

Onu da qeyd edək ki, həmin dövrdə DGK-nin sədr müavini olan Səfər Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub.

Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor rütbəsi almasında köməklik göstərib. K.Məmmədov həmin idarəyə rəhbərlik etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo şirkətləri ilə işləməyə məcbur edibmiş.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi