hia.az
hia.az

Bahalı nömrə aludəçisi baş redaktoru TƏHDİD ETDİ - TƏFƏRRÜAT

121 dəfə baxılıb 7-09-2022, 11:35

Bahalı nömrə aludəçisi baş redaktoru TƏHDİD ETDİ - TƏFƏRRÜAT


Dünən axşam saatlarında PİA.az saytının baş redakoru Azər Qaramanlı naməlum şəxs tərəfindən təhdid edilib.

Bu barədə Azər Qaramanlı məlumat verib.

A.Qaramanlının sözlərinə görə, ona saat 20:32-də 051-999-99-99 nömrəsi ilə zəng edilib: “Məndən “Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxardı: 15 min manat” adlı yazını saytdan çıxartmağı tələb etdi. Bildirdi ki, Səlim Müslümovun nömrəsini alıb. Dedi ki, belə xəbəri ondan icazəsiz necə dərc etmişik. Dedim ki, sayta xəbər qoyanda səndən icazə almayacağıq və xahiş etdim ki, bir daha məni narahat etməsin. Telefonu söndürdüm və həmin adamın dəfələrlə zəng etməsinə baxmayaraq bir daha açmadım. Sonra həmin şəxs 051-400-00-00 nömrəsindən zəng etdi, telefonu açmadım. Bir qədər sonra mənə 010-201-20-11 nömrəsindən zəng gəldi. Telefonu açdım və bildirdim ki, bir daha məni naarahat etməsin. Bunun cavabında isə qarşı tərəf məni söyüşlərlə təhdid etməyə başladı. Mən onun cavabını verdikdən sonra qeyd etdim ki, təhdidlə bağlı “102” xidmətinə zəng edəcəyəm. Sonra susdu və telefonu söndürdü”.

Jurnalist baş verənlərlə bağlı “102”yə məlumat verdiyini bildirib. Ona məsələnin araşdırılacağı deyilib.

Mətbuatda sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxarması ilə bağlı xəbər paylaşılıb.

Sabiq nazir illərlə istifadə etdiyi 050-211-20-72 mobil telefon nömrəsini satışa çıxarıb və artıq alıcı tapıb.

051-999-99-99 nömrəsi bir müddət əvvəl 150 min, 051-400-00-00 nömrəsi isə 45 min manata satışa çıxarılıb. //aztoday.az//


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi