hia.az

Sürücülər yolu bağladı - Ermənistanda etiraz (VİDEO)

176 dəfə baxılıb 20-08-2022, 10:55

Sürücülər yolu bağladı - Ermənistanda etiraz (VİDEO)


Ermənistanda yük maşını sürücüləri etiraz əlaməti olaraq yenidən Qoris-Sisian yolunu bağlayıblar.

Sürücülər bir neçə gün əvvəl yolun bu hissəsində quraşdırılan tərəzilərdən narazıdırlar.

Belə ki, avtomobillərin yükü müəyyən edilmiş ölçüdən artıq olarsa, o zaman sürücülər cərimələnir. Sürücülər icazə verilən maksimum çəkinin 26 tondan 28 tona dəyişdirilməsini tələb edirlər.

Xatırladaq ki, Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi mayın 17-də bildirmişdi ki, nəqliyyat vasitələrinin icazə verilən maksimum çəkisi və ya avtomobilin oxuna icazə verilən yük dəyişib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi