hia.az
hia.az

"Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib" - Kuleba

151 dəfə baxılıb 11-08-2022, 15:34

"Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib" - Kuleba


"Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib. İşğalçı ölkə təkcə Ukrayna üçün deyil, bir sıra başqa dövlətlər üçün də təhlükə yaradır".

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O qeyd edib ki, altı aydan az müddətdə ruslar Roma Statutunda sadalanan beynəlxalq cinayətlərin tam spektrini törədiblər: "Soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Lakin Rusiyanın vəhşi siması həqiqətən də təcavüzün bu mərhələsindəki iyrənc terror aktlarında özünü göstərdi".

"Mülki əhaliyə qarşı davamlı raket hücumları, Xarkov, Nikolayev və digər şəhər və qəsəbələrin yaşayış məntəqələrinin bombalanması və vəhşicəsinə atəşə tutulması, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, infrastrukturun hədəfə alınması, müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalılara qarşı terrordur", - Kuleba bildirib.

XİN rəhbəri Ukrayna dövlət başçısı Volodimir Zelenskinin mühüm sözlərini də xatırladıb: "Prezident Zelenskinin dediyi kimi, müasir Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib. Terrorçu Putin rejimi təkcə Ukrayna üçün deyil, bütün Avropa və dünya üçün təhlükə yaradır".

Xatırladaq ki, bu yaxınlarda ABŞ Senatı Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasını təsdiqləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi