hia.az

Dünyanın ən yaşlı nəhəng pandası öldü

159 dəfə baxılıb 22-07-2022, 11:20

Dünyanın ən yaşlı nəhəng pandası öldü


Honkonqda dünyanın ən yaşlı erkək nəhəng pandası ölüb.

Okean Parkının mətbuat xidmətinin məlumatına görə, Anan adlı heyvan iyulun 21-də evtanaziya edilib.

Onun 35 il yaşadığı bildirilib ki, bu da insan ömrü ilə müqayisədə 105 yaşa bərabərdir.

Qeyd olunur ki, son həftələrdə Ananın səhhəti kəskin şəkildə pisləşib. Qida qəbulunu dayandırıb. Okean Parkının baytar həkimləri ilə Çin Nəhəng Pandaların Qorunması və Tədqiqat Mərkəzinin mütəxəssisləri ilə məsləhətləşdikdən sonra pandanı ağrıdan xilas etmək üçün onu yuxuya vermək qərara alınıb.

Anan 1999-cu ildə dünyanın ən uzunömürlü dişi nəhəng pandası Jiajia ilə birlikdə Honkonqa gətirilib. Dişi panda 2016-cı ildə 38 yaşında vəfat edib. Hər iki panda Honkonq hökumətinə hədiyyə olaraq verilib.

Mənbə: İzvestiya


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi