hia.az
hia.az

Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi

138 dəfə baxılıb 1-07-2022, 18:42

Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi


Buçada dinc əhalinin qətli və işgəncə edilməsində ilk şübhəli şəxs - Rusiya Federasiyası Milli Qvardiyasının Federal Xidmətinin Ulyanovsk vilayəti üzrə komandanlıq hissəsinin komandiri Serxii Kolotsey beynəlxalq axtarışa verilib.

Bu barədə Kiyev vilayətinin prokurorluğu məlumat yayıb.


“İndi o, beynəlxalq axtarışa verilib. Biz onun Buçadakı digər qətllərdə də əli olub-olmadığını yoxlayırıq ”, - deyə agentlikdən bildirilib.

Prokurorluq qeyd edib ki, Kolotsei ilə bağlı ibtidai istintaq hələ də davam edir. O, xüsusilə, mülki əhaliyə qarşı qəddar rəftarda və müharibə qanunlarının və qəsdən adam öldürmələrdə şübhəli bilinir.

Sübutlar arasında şahidlərin ifadələri, ekspertizanın nəticələri, o cümlədən portret müayinələri var.

Qeyd edildiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma zamanı müəyyən ediblər ki, Kolotsei digər rus hərbçiləri ilə birlikdə Buçanın Yablunska küçəsində 4 mülki şəxsi qətlə yetirib. O, əvvəlcə qurbanlarına işgəncə verib, sonra isə güllələyib. Onların cəsədləri əlləri arxadan bağlanmış və zorakılıq izləri ilə tapılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi