hia.az
hia.az

Polis Bərdədə əməliyyat keçirdi - SAXLANILANLAR VAR

109 dəfə baxılıb 16-06-2022, 17:37

Polis Bərdədə əməliyyat keçirdi - SAXLANILANLAR VAR


Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən bugünlərdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəlal Abdullayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumulikdə çəkisi 20 qrama yaxın olan metamfetamin və heroin, eləcə elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi digər tədbirlərlə narkotikli tərkibli bitkilərin kultivasiyasılnda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Əsgərov və Fərhad Rzazadə saxlanılıblar. Onların yaşadıqları evlərin həyatyanı sahələrinə baxış keçirilən zaman F.Əsgərovdan 50 ədəd və F.Rzazadədən isə 29 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi