hia.az
hia.az

Formula 1 üçün ən bahalı bilet neçəyədir?

111 dəfə baxılıb 7-06-2022, 16:20

Formula 1 üçün ən bahalı bilet neçəyədir?


Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir.

Ən bahalı biletlər VİP xidmətlər daxil olan Formula 1 Paddok Klubunda təklif edilir.

Belə ki, Paddok Klubunda 1 günlük biletin qiyməti 1760 manat, iki günlük biletin qiyməti 7930 manat, 3 günlük biletin qiyməti isə 9130 manat təşkil edir.

Qeyd edək ki, Paddok klubunun oturacaqları F1 komandaların avtoqarajlarının üst hissəsində yerləşir və burada Pit Yoluna və Start/Finiş xəttinə mənzərə açılır. Buradan qalib pilotun damalı bayrağı ötüb Finiş xəttinə birinci çatmasını izləmək mümkündür.

Formula 1 Azərbaycan Qran Prisinə tribunalarda olan biletlərin qiyməti isə 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün tribunalarda 16700 oturacaq quraşdırılıb.

Azarkeşlər biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi