hia.az
hia.az

Bu ölkənin naziri kabinetində GÜLLƏLƏNDİ

163 dəfə baxılıb 7-06-2022, 14:10

Bu ölkənin naziri kabinetində GÜLLƏLƏNDİ


Dominikan Respublikasının ətraf mühit və təbii sərvətlər naziri Orlando Xorxe Mera öz kabinetində yaxın dostu tərəfindən güllələnib.

AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Aparatı Meranı güllələyən Migel Kruzun saxlanıldığını açıqlayıb.

Paytaxt Santo Dominqodakı nazirlik binasına çox sayda polis və təcili yardım işçisi göndərilib.

Hadisə şahidləri hücum zamanı 7 atəş səsi eşitdiklərini, hücum zamanı nazirlikdə olanların isə divarlardan atlayaraq qaçdıqlarını bildiriblər.

Eyni zamanda hüquqşünas olan Mera Müasir İnqilab Partiyasının qurucu üzvü olub və 2020-ci ilin avqustunda Ətraf Mühit və Təbii Sərvətlər Naziri təyin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi