hia.az
hia.az

Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO

233 dəfə baxılıb 18-05-2022, 16:52

Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO


Azərbaycan Televiziyasında yayımlanan VIII “Muğam” müsabiqəsində təsirli anlar yaşanıb.

Parlamentses.az AzTV-yə istinadən xəbər verir ki, müsabiqənin ikinci həftəsinin ilk gününün fəxri qonaqları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov olublar.

Yarışmanın aparıcıları Milli Qəhrəmanın ailə üzvlərini təqdim etdikdə tamaşaçılar onları ayaq üstündə alqışlayıblar.

Televiziya müsabiqəsinin fəxri qonaqları arasında Vətən müharibəsinin bir qrup iştirakçısı da olub. Tamaşaçılar onları da alqışlayaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi