hia.az
hia.az

"Masallı rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır. Masallı rayonu əslində ölkə miqyasında böyük nüfuza çevrilməlidir". İlham Əliyev

1 276 dəfə baxılıb 1-05-2019, 14:32

"Masallı rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır.  Masallı rayonu əslində ölkə miqyasında böyük nüfuza çevrilməlidir". İlham Əliyev


"Masallı rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır.
Masallı rayonu əslində ölkə miqyasında böyük nüfuza çevrilməlidir".
İlham Əliyev

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masallı rayon meri Kamal Mazanovdur.


Ölkəmizin sürətlə inkişaf edən rayonlarından biri də Masallıdır. Subtropik zonanın incisi sayılan Masallı rayonunda elə yaşayış məntəqələri var ki, əhali sıxlığı Çindəkindən də yüksəkdir. Məsələn, Ərkivan qəsəbəsində ərazinin hər kvadratkilometrinə 220 adam düşür (Çində bu rəqəm 130 nəfərə bərabərdir). Elə buna görə də Masallıda hər qarış torpağın qədrini bilməyi şərait özü diqtə eləyir.

Masallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayonunlarından olduğunu desək, heç də səhv etmərik. Burada aparılan abadlıq–quruculuq işlərinin vüsəti, istifadəyə verilən və inşasına başlanılan sosiai–sənaye obyektlərinin miqyası o qədər böyükdür ki, bunların hamısını bir yazıda qeyd etmək mümkünsüzdür. Əminik ki, yaxın illərdə bu proses daha da güclənəcək və Masallı ölkəmizin ən aparıcı, ən inkişaf etmiş müasir diyarına çevriləcəkdir.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Masallı rayon meri Kamal Mazanov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.


Masallı rayonunda turizmin inkişafı üçün əlverişli şərait var. Turizm şəbəkəsinin ilboyu fəaliyyətini təmin etmək məqsədilə rayonda turizm şəhərciyi salınacaq. Bu məqsədlə layihə işlərinə başlanılıb.
Bu barədə ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon rəhbəri məlumat verilib. O, hesabat məruzəsindəki çıxışında bildirib ki, turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır. Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır. Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti hesabat ilində cari ilin 24740 nəfər turist qəbul etmişdir ki, onun 1600 nəfəri xarici vətəndaş olmuşdur. Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır. Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. İnanırıq ki, bu layihənin icrası nəyin ki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi