hia.az
hia.az

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

67 dəfə baxılıb 24-10-2024, 08:46

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata əsasən, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə də bəzi məhəllələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi