hia.az
hia.az

Gəncənin və digər iki rayonun prokuroru dəyişdi

1 dəfə baxılıb Bu gün, 10:44

Gəncənin və digər iki rayonun prokuroru dəyişdi

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.

Fotoda Azad Qarayev

Fotoda Rauf Gözəlov


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi