hia.az
hia.az

“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb - Yenilənir

64 dəfə baxılıb 22-10-2024, 14:29

“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb - Yenilənir

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.(Oxu)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi