hia.az
hia.az

Macar analar Avropa İttifaqı üzrə orta göstərici ilə müqayisədə az övlad dünyaya gətirirlər

573 dəfə baxılıb 1-05-2019, 14:27

Macar analar Avropa İttifaqı üzrə orta göstərici ilə müqayisədə az övlad dünyaya gətirirlər“Avrostat” Statistika İdarəsinin bu yaxınlarda dərc edilmiş məlumatına görə, keçən il Avropa İttifaqı zonasında doğulmuş uşaqların sayı 5 milyondan bir qədər çox olub. Onların 45 faizi ilk hamiləlikdən, 36 faizi ikinci, 19 faizi isə üçüncü və ya daha sonrakı hamiləlikdən doğulan uşaqlardır. İlk övladı keçən il doğulmuş qadınların orta yaşı 29,1 il olub. Dördüncü və ya daha sonrakı övladları keçən il dünyaya gəlmiş anaların ən çoxu Finlandiyada (10,3 faiz) qeydə alınıb. İrlandiyada bu göstərici 9 faiz, Böyük Britaniyada 8,8 faiz, Slovakiyada 8,1 faiz, Belçikada 8 faiz olub.

Statistikaya görə, ümumi doğum göstəricisi əmsalının ən yüksək qiyməti Fransada (hər qadın üçün 1,9 doğuş), ən aşağı göstərici isə Maltada (1,26) qeydə alınıb.

İlk övladı keçən il doğulmuş gənc anaların sayı üzrə Rumıniya birinci yerdədir (13,9). Bolqarıstanda bu göstərici 13,8 faiz, Macarıstanda 9,9 faiz və Slovakiyada 9,5 faiz olub. Ehtimal ki, bu rəqəmlər həmin ölkələrdə qaraçı əhalinin yüksək faizi ilə əlaqədardır. 2017-ci ildə Macarıstanda ümumi doğum əmsalı hər qadına 1,54 doğuş təşkil edib. Bu əmsal Aİ üzrə orta göstəricidən (1,59) bir qədər aşağıdır.

Pərvanə Qarayeva


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi