hia.az
hia.az

BMT-də “Jurnalistika yanlış informasiyalar dövründə” mövzusunda konfrans keçirilib

554 dəfə baxılıb 1-05-2019, 14:27

BMT-də “Jurnalistika yanlış informasiyalar dövründə” mövzusunda konfrans keçirilibBirləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında “Jurnalistika yanlış informasiyalar dövründə” mövzusunda konfrans keçirilib. AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Dünya Mətbuat Azadlığı günü ərəfəsində Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Avro-Atlantika regionunda yanlış informasiyalar dövründə KİV-lər və seçkilərin rolu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri açan BMT baş katibinin müavini, jurnalistika veteranı Alison Smeyl hələ Marqaret Tetçerin Böyük Britaniyanın baş naziri seçildiyi ildən seçkiləri işıqlandırdığını, həmin dövrdən indiyədək texnologiyaların inkişafı nəticəsində bu sahədə yanlış informasiyaların və feyk xəbərlərin artdığını diqqətə çatdırıb. O əlavə edib ki, bu cür şəraitdə mətbuat azadlığı və jurnalistlərini təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

UNESCO-nun Nyu-York nümayəndəliyinin direktoru Mari Pol Rudil diqqəti jurnalistlərin azad şəkildə fəaliyyət göstərməsi və onlar üçün informasiya mənbələrinin əlçatan olmasına çəkib. O, peşə fəaliyyətini vicdanla yerinə yetirən media nümayəndələri ilə sosial şəbəkələrdə feyk xəbərlər yayanlar arasında ciddi sərhəd qoyulmasının zəruriliyini vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxışında bildirib ki, jurnalistikanın öz daxilində çoxlu ziddiyyətlər və qarşıdurmalar mövcuddur. Onun sözlərinə görə, bunlar cəmiyyətin mətbuata inamının azalmasına, məqalə və xəbərlərdə aqressiv ritorikanın artmasına gətirib çıxarır. Zaxarova əlavə edib ki, Rusiyada avtonom internetin istifadəyə verilməsi Qərbin bu ölkəni internet məkanından təcrid etməsi siyasəti ilə bağlıdır.

CBS telekanalının müxbiri Pamel Falk bildirib ki, müasir dövrdə informasiya siyasəti dövlətlərin nəzarətindən çıxıb və qloballaşmanın bir hissəsinə çevrilib. “Lakin bunun fəsadları hökumətləri adekvat addımlar atmağa sövq edir. Məsələn, Yeni Zelandiyada parlament hökumətə “zərərli” kontentləri internetdən çıxarmaq səlahiyyəti verir. Avropada da zorakılıq və terrorçuluqla mübarizə fonunda bənzər addımlar atılması gözlənilir”, -deyə jurnalist qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi