hia.az
hia.az

Pirallahı rayonunda səhiyyə sistemi ilə bağlı layihələr hazırlanır

635 dəfə baxılıb 1-05-2019, 14:26

Pirallahı rayonunda səhiyyə sistemi ilə bağlı layihələr hazırlanırMayın 1-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Səhiyyəmizin bu günü və sabahı" adlı tədbir keçirilib. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbirdə rayonun səhiyyə ocaqlarında çalışan həkim və tibbi personalın nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyə sahəsinə həmişə diqqət yetirib və ona qayğı göstərib: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb".

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğulayıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayaraq, tədbir iştirakçılarına onları maraqlandıran suallar və problemlərlə bağlı müraciət etməyi tövsiyə edib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli rayonun səhiyyə sistemi ilə bağlı layihələrin hazırlandığı barədə məlumat verib.

Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digərləri rayonun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitlə bağlı dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi