hia.az
hia.az

"Ukrayna danışıqları uzadır" - Rusiya Prezidenti

225 dəfə baxılıb 18-03-2022, 17:17

"Ukrayna danışıqları uzadır" - Rusiya Prezidenti

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev “yeni real olmayan təkliflər” irəli sürməklə danışıqları keçirilməsini uzatmağa cəhd göstərir.

Parlamentinsesi.az Kremlin saytına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Almaniya kansleri Olaf Şoltsla martın 18-dəki telefon danışığında bildirib.

Putin kanslerlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Makeevka şəhərlərində yaşayış binalarını atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, həmin şəhərlərin atəşə tutması nəticəsində çoxlu sayda dinc sakin ölüb. Prezident martın 17-də Ukraynanın Mariupol şəhərindən 43 min nəfəri təxliyə etdiklərini bildirib. Vladimir Putin Rusiya və Urayna nümayəndə heyətlərinin videoformatda keçirilən danışıqları ilə bağlı materialları da Olaf Şoltsa təqdim edib.

Qeyd edək ki, martın 18-də V.Putinin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi