hia.az
hia.az

Qarabağda “qatil”, Ukraynada “ümid silahı”?

167 dəfə baxılıb 15-03-2022, 19:04

Qarabağda “qatil”, Ukraynada “ümid silahı”?


Bu günlərdə Almaniyanın aparıcı KİV-i olan “Bild” nəşrində yayımlanan “Ümid silahı” başlıqlı məqalə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məqalədə Rusiya ilə müharibədə Ukrayna ordusunun müdafiə məqsədilə Türkiyə texnologiyasına – "Bayraktar" pilotsuz uçuş aparatlarına (PUA) ümid etdiyi bildirilir. Bundan əlavə, Türkiyə istehsalı olan dronların texniki göstəricilərindən bəhs olunur, ukraynalıların ona hətta mahnı belə qoşduğu vurğulanır.

Maraqlı məqam budur ki, cəmi iki il əvvəl Azərbaycanın Vətən müharibəsi zamanı Almaniya KİV-i Bayraktar PUA-ları barədə məqalə dərc edərkən onu "Ərdoğanın qatil dronu" deyə adlandırırdı.

Görəsən Azərbaycanın haqq savaşında, öz ərazilərini geri qaytarmaq üçün apardığı mübarizədə səssiz qalan “Bild”ə ölkəmizin Silahlı Qüvvələrinin silah arsenalında ön sıralarda olan və effektivliyi ilə seçilən Bayraktar PUA-ları haqqında fikrini dəyişməyə nə vadar edib? Axı hər iki halda da istifadə olunan PUA-lar eyni silahdır, onların texniki göstəriciləri də eynidir. Vətən müharibəsi zamanı "Bayraktar"lardan istifadəyə görə, "Baykar" şirkətini PUA-lar üçün optik cihazların verilməsini qadağan edən Kanada hökumətinin də səssizliyi diqqətdən yayınmır.

Sözügedən mövzu Türkiyə mediasında da diqqət mərkəzindədir. Belə ki, bu məsələyə bir neçə yazı həsr edilib və "Bayraktar"a qarşı birmənalı münasibətin olmaması qınanılıb. Qeyd edilib ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına belə ikili sandartla yanaşmaq siyasi məna daşıyır.
Qarabağda “qatil”, Ukraynada “ümid silahı”?


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi