hia.az
hia.az

Ankarada görkəmli xakas türkoloqu Alevtina Maytakovanın yaradıcılığına həsr olunan konfrans keçirilib

213 dəfə baxılıb 5-03-2022, 10:35

Ankarada görkəmli xakas türkoloqu Alevtina Maytakovanın yaradıcılığına həsr olunan konfrans keçirilib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türkiyədə fəaliyyət göstərən Ankara Universitetinin birgə təşkilatçılığı ilə görkəmli xakas türkoloq, şairə və folklorçu Alevtina Maytakovanın anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib.

TÜRKSOY-un mərkəzi qərargahında bu qurumun baş katibinin müavini Bilal Çakıcının sədrliyi ilə “Sibir türk epik ənənəsi və kamlıq inancı” mövzusunda keçirilən konfransda rəsmi şəxslər, Türkiyədən olan deputatlar, görkəmli alimlər və Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Bilal Çakıcı yubilyarın zəngin mənalı həyat və yaradıcılığı barədə məlumat verib. Baş katibin müavini diqqətə çatdırıb ki, şairənin yaradıcılığı bütün türk dünyası üçün tükənməz irsdir.

Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov video-formatla konfransa qatılıb.

Rəsmi hissədən sonra görkəmli türkoloq Alevtina Maytakovanın yaradıcılığı ilə bağlı çıxış edənlər fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki xakas dilinin qorunmasında və inkişafında A.Maytakovanın əsərləri böyük təsirə malikdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi